"Qazprom"un Ukraynadakı əmlakı müsadirə olunub
-
"Qazprom"un Ukraynadakı əmlakı müsadirə olunub
Ukrayna Rusiyanın "Qazprom" şirkəti ilə maliyyə ixtilaflarının şiddətlənməsinin ardınca bu şirkətin əmlakı və maliyyələrini müsadirə etməyə başlayıb.
Ukrayana dövləti bu gün bir bəyanatda bildirib ki, Kiyev "Qazprom" şirkətinin Stokholm Arbitraj Məhkəməsinin hökmünü icra etməkdən boyun qaçırmasına və Ukraynanın inhisarçılığa qarşı qanunlarını pozmasına görə, bu şirkətin əmlakını müsadirə edibdir.
Bu bəyanata görə, "Qazprom" şirkətinin tabeliyində olan mərkəzlərin, o sıradan "Gazprom Speed Ukrayna", "Ukrayna qazının idarəsi və genişləndirilməsi beynəlxalq konsorsiumu", eləcə də "Qaztranzit" şirkəti və "Yujnıy Giproqaz" institutunun qiymətli kağızları müsadirə olunur.
Ukraynanın baş naziri Vladimir Qroysman da bu ölkənin ədliyyə nazirliyinə göstəriş veribdir ki, "Qazprom" şirkətinin Stokholm Arbitraj Məhkəməsinin hökmünü icra etməkdən boyun qaçıracağı təqdirdə, bu şirkətin Ukraynada və bütün dünyadakı əmlakının müsadirə olunması imkanını araşdırsın.
Stokholm Arbitraj Məhkəməsi ötən həftə "Qazprom" şirkətinə qarşı bir hökm çıxardı ki, ona əsasən, bu rus şirkət Ukraynanın neft və qaz şirkətilə müqavilələrində beynəlxalq meyarlara zidd şərtlər tətbiq etdiyinə görə, dörd milyard 637 milyon dollar məbləğində cərimə olunubdur.
Rusiyanın "Qazprom" şirkətinin sədri də bildiribdir ki, bu şirkət Ukraynaya qaz ixracatı və bu ölkədən Avropaya qaz köçürülməsi müqavilələrini ləğv edəcəkdir.
Ukrayna bu ölkədəki kəskin şaxtalara görə, öz sənaye və iqtisadi mərkəzlərinə qazın təhvil verilməsini məhdudlaşdıraraq, kvota sisteminə keçibdir.
Rusiya hər il Ukrayna vasitəsilə Avropa ölkələrinə 130 milyard kubmetrədək qaz ixrac edir.