Rusiyada terror hücumu zərərsizləşdirildi
https://azeri.sahartv.ir/news/dünya-i298317-rusiyada_terror_hücumu_zərərsizləşdirildi
Rusiyanın Federal Təhlükəsizlik Təşkilatı bazar günü Saratov vilayətində bir terror aktının zərərsizləşdirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2018 18:17 Asia/Baku
  • Rusiyada terror hücumu zərərsizləşdirildi
    Rusiyada terror hücumu zərərsizləşdirildi

Rusiyanın Federal Təhlükəsizlik Təşkilatı bazar günü Saratov vilayətində bir terror aktının zərərsizləşdirilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Təşkilatı anti-terror əməliyyatının detalları barədə açıqlama verərək, bildirib: Təhlükəsizlik qüvvələri bir avtomobilin onların "saxla" əmrinə əhəmiyyət verməməsinin ardınca, hərəkətə keçiblər və iki tərəf arasında silahlı toqquşma baş verib. Nəticədə bir neçə terrorçu öldürülərək, zərərsizləşdirilib.

Bu məlumata görə, Rusiyanın təhlükəsizlik qüvvələri toqquşma başa çatdıqdan sonra hadisə yerinə baxış keçiriblər. Terrorçuların olduğu avtomobildə çoxlu miqdarda odlu silah, əl qumbarası və partlayıcı qurğu aşkar ediblər.