Astana iclasının yekun bəyanatı
-
Astana iclasının yekun bəyanatı
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Suriyada atəşkəsə zamin olan üç ölkə kimi bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən iclasın yekun bəyanatında Suriya böhranının həlli üzrə səylərin davam etdirilməsini vurğulayıblar.
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlu bu bəyanatda Suriyada döyüşən bütün tərəflər arasında təsirli anlaşmanın davam etdirilməsi və firqəçilikdən çəkinilməsini istəyiblər.
Bu bəyanatda terrorizmlə, xüsusən İŞİD terror qrupu ilə mübarizədə kollektiv səylər yüksək qiymətləndirilərək, Suriya böhranının həlli üzrə siyasi prosesin başlanması üçün qənaətbəxş şəraitin yaradılmasına, Suriyanın istiqlaliyyəti, suverenliyi, ərazi bütövlüyü və birliyinə öhdəliyə, eləcə də bu ölkə böhranının həlli üçün hərbi həll yolunun olmamasına təkid edilibdir.
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri bu bəyanatda İŞİD və Cibhətunnusrə daxil olmaql bütün terror qruplarının köklərinin kəsilməsi üzrə həmkarlığın davam etdirilməsi və bu qrupların digər məntəqələr və ölkələrə köçürülmələrinin qarşısının alınması, eləcə də gərginliyin azaldılması məntəqələrilə bağlı razılaşmaların maddələrinin icrasının davam etdirilməsini vurğulayıblar.
Bu bəyanat habelə atəşkəsin pozulmasından çəkinilməsini, həmçinin döyüş məntəqələrinə humanitar yardımların tez bir zamanda çatdırılmasını istəyibdir.
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri bu üç ölkənin növbəti sammitinin 2018-ci il aprelin dördündə Türkiyənin İstanbul şəhərində keçirilməsi barədə razılığa gəliblər.
Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlıqları ilə 2017-ci ilin yanvarından başlanıb. Müzakirələrdə məqsəd, Suriyada sülhün bərqərarıdır.
Bu müzakirələrin əsas nəticəsi, Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılması olubdur.
Suriyada böhran 2011-ci ildən Ərəbistan, ABŞ və onların müttəfiqlərinin dəstək verdikləri terror qruplarının region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə keçirdikləri geniş hücumları ilə başlanıbdır ki, Suriya ordusu ilə müqavimət qüvvələrinin irəliləyişlərilə bu ölkə illərlə müqavimətdən sonra hazırda terrorizm üzərində tam qələbə ərəfəsindədir.