Moskva Qərbin anti-Suriya mövqeyini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i298855-moskva_qərbin_anti_suriya_mövqeyini_tənqid_edib
Rusiya müdafiə nazirliyi Qərbin Suriyaya qarşı iddialarını tənqid edərək, vurğulayıb ki, Suriya qüvvələri Şərqi Vahə-də kimyəvi silahlardan istifadə etməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2018 17:57 Asia/Baku
  • Moskva Qərbin anti-Suriya mövqeyini tənqid edib
    Moskva Qərbin anti-Suriya mövqeyini tənqid edib

Rusiya müdafiə nazirliyi Qərbin Suriyaya qarşı iddialarını tənqid edərək, vurğulayıb ki, Suriya qüvvələri Şərqi Vahə-də kimyəvi silahlardan istifadə etməyiblər.

Rusiya müdafiə nazirliyi bildirib ki, Qərbin kimyəvi silahlardan istifadə adı altında Suriyaya vurduğu ittihamlar yeni sanksiyalar tətbiq etmək məqsədilə yüksək siyasi səviyyədə irəli sürülübdür.

Rusiya müdafiə nazirliyi əlavə edib: ABŞ və İngiltərə tərəfindən nəzarət olunan Şərqi Vahə-dəki qruplar kimyəvi silahlardan istifadəyə etiraz edirlər ki, Dəməşqi və onun müttəfiqlərini ittiham etmiş olsunlar.

Qərbin "Şərqi Vahə" ilə bağlı Dəməşqi ittiham etməsi Suriya ordusunun bu məntəqəni terror qruplarından təmizləmə əməliyyatı ilə bir zamanda formalaşıbdır.

Bu əməliyyat fevralın 25-də başlanıb və indi də davam etməkdədir.

Suriyada böhran 2011-ci ildə ABŞ-ın və onun müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumu və region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə başlanıbdır.