Korbindən Meyə tövsiyə: Rusiya barədə tələsik hərəkət etmə
-
Korbindən Meyə tövsiyə: Rusiya barədə tələsik hərəkət etmə
İngiltərə leyboristlər partiyasının sədri bu ölkə dövlətinə tövsiyə edibdir ki, Rusiya barədə tələsik hərəkət etməsin.
İngiltərə leyboristlər partiyasının sədri Cermi Korbin bu gün bu ölkə dövlətinə tövsiyə edibdir ki, İraqda kütləvi qırğın silahlarının mövcudluğu halı kimi, Rusiya barədə tələsik hərəkət etməsin.
Korbin Qardian qəzetindəki məqaləsində İngiltərədə sabiq rus agentin zəhərlənməsinə toxunaraq, yazıb: Bu macəranın amillərindən istəmək lazımdır ki, cavab versinlər, amma mühakimələrdə tələsmək olmaz, zira digər bir soyuq savaş ilə nəticələnə bilər.
Bu ingilis siyasətçi hərçənd Skripalın Rusiya dövləti tərəfindən zəhərləndirilməsi qənaətindədir, amma İraqa qarşı hücum üçün bir bəhanə olmuş bu ölkədə kütləvi qırğın silahlarının mövcudluğu barədəki iddiaya toxunaraq, deyib: 2003-cü ildəki yanlış məlumatlar İraqın işğalı kimi faciə ilə nəticələndi və bu kimi silahlar heç vaxt İraqda tapılmadı.
Sabiq rus casus Sergey Skripalın və onun 33 yaşlı qızının Londonun cənubunda zəhərlənmələrinin ardınca İngiltərə dövləti Rusiyanı ittiham edərək, bu ölkənin diplomatlarını həmin ölkədən çıxarıbdır.