Rusiya hava yollarında Antonov-148-dən istifadə qadağan edilib
Mart 21, 2018 09:18 Asia/Baku
-
Rusiya hava yollarında Antonov-148-dən istifadə qadağan edilib
Rusiyanın nəqliyyat idarəsi bu ölkənin hava yollarına göstəriş verib ki, Antonov-148 təyyarəsindən istifadəni dayandırsın.
Ötən ay bir ədəd Antonov-148 təyyarəsinin süqut etməsinin ardınca Rusiyanın nəqliyyat idarəsi bu göstərişi verdi.
Saratov hava yollarına məxsus və Ukrayna istehsalı olan bir ədəd Antonov-148 təyyarəsinin fevralın 11-də Moskva yaxınlığında süqut etməsi nəticəsində onun bütün 71 sərnişini həlak oldu.
Teqlər