Conson: Skripala hücum Rusiya prezident seçkilərilə əlaqəlidir
https://azeri.sahartv.ir/news/dünya-i299448-conson_skripala_hücum_rusiya_prezident_seçkilərilə_əlaqəlidir
İngiltərənin xarici işlər naziri deyib ki, sabiq rus agentə hücumun zaman qrafikası Rusiya prezident seçkilərilə əlaqəlidir və bu hücum həmin ölkədən ehtimal olunan digər fərarilər üçün bir mesajdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2018 02:36 Asia/Baku
  • Conson: Skripala hücum Rusiya prezident seçkilərilə əlaqəlidir
    Conson: Skripala hücum Rusiya prezident seçkilərilə əlaqəlidir

İngiltərənin xarici işlər naziri deyib ki, sabiq rus agentə hücumun zaman qrafikası Rusiya prezident seçkilərilə əlaqəlidir və bu hücum həmin ölkədən ehtimal olunan digər fərarilər üçün bir mesajdır.

Boris Conson İngiltərə xarici əlaqələr komitəsindəki çıxışında bu ölkədə sabiq rus agentlərindən birinin öldürülməsinə səy göstərilməsinə toxunaraq, deyib ki, bu cür şəxslərin qətlinə səylərin izi Kremlə gedib çıxır.

İngiltərənin xarici işlər naziri söyləyib: Ruslar ya Salzburi şəhərində istifadə olunmuş sinir sistemini iflic edən Noviçok adlı qaz barədə izahar verməlidirlər, ya da ki, İngiltərə Sergey Skripalın və qızının qətlinə səy üzrə birbaşa məsuliyyəti Rusiyanın üzərinə qoyacaqdır.

Bununla belə, Conson iddia edib: Salzburi şəhərində sinir sistemini iflic edən Noviçok qazının işlədilməsi və onunla bir şəxsin öldürülməsinə səy edilməsi məsələsi ortaya qoyulan halda, məsuliyyətlər halqası Rusiya başçılarına gedib çıxır.

Conson elə bir halda Rusiyanın izahat verməsini istəyibdir ki, İngiltərənin Moskvadakı səfiri Rusiyanın diplomatiya və xarici siyasət aparatının Sergey Skripal macərası barədə bu gün keçirdiyi iclasda iştiraka hazır olmayıbdır.