Mart 25, 2018 14:48 Asia/Baku
  • Amerikalı məktəbli və müəllimlərin ümumölkə aksiyası
    Amerikalı məktəbli və müəllimlərin ümumölkə aksiyası

Yüz minlərlə məktəbli və müəllim Amerikada zorakılıq və silahdan istifadəyə etiraz edərək, aksiya keçirib.

Amerikalı məktəbli və müəllimlərin müəllimlər və məktəb direktorlarının odlu silahla silahlanmaları barədə layihəsinə qarşı etirazlarının davamında əksəriyyətini məktəblilərin təşkil etdikləri yüz minlərlə ABŞ vətəndaşı bu ölkənin hər yerindən özünü paytaxta çatdırıbdır.

Bütün Amerikada odlu silaha qarşı böyük aksiyalar keçirilib və arsız nəsil kimi tanınan elə həmin yeniyetmə və gənclər onda iştirak ediblər.

Ötən bir nəslin Amerikada odlu silah daşımaqla bağlı qanunların səhlənkar olmasına qarşı ən böyük aksiyası bu ölkə boyu təşkil olunub. Bu aksiyalar zamanı yüz minlərlə amerikalı gənc odlu silahla bağlı qanunların dəyişdirilməsi və bu qanunların bütün Amerikada sərtləşdirilməsini istəyibdir. Onlar öz hərəkətlərini bir inqilab adlandırıblar.

Aksiyaçılar etiraz məzmunlu plakatlar daşıyaraq, şüar veriblər: Daha bəsdir, bizim twitter-in oynayacağı kabu deyil, müdirə ehtiyacımız var. Silahla adam öldürmək yetər. Bu gün, dəyişiklik vaxtıdır. Milli silah birliyindən pul almaq uşaqları öldürmək deməkdir. Uşaqları silahdan uzaqlaşdırın. Məktəb silah yeri deyil. Məktəbi polis mərkəzi etməyin.

Aksiyaçıların sayı o qədər çox olubdur ki, natiqin kürsüsü çətinliklə görünürdü. Aksiyanın təşkilatçıları bütün küçələrin qarşısında rupor və televiziya pərdəsi quraşdırmışdılar ki, mərasim natiqinin səsi və təsviri hamı üçün bəlli olmuş olsun.

Natiqlər də ABŞ-da silah daşınması qanununu tənqid edərək, bu ölkənin məclis üzvlərini hədələyiblər ki, əgər milli silah birliyi təşkilatını himayədən əl çəkməsəniz, iki aydan sonra özünüzə ayrı iş tapmalısınız. Zira sizə səs verməyəcəyik. Amerikalı siyasətçilərin kobud sözlərinin tənqid olunması aksiyaçıların və bu mərasimdə çıxış edənlərin digər etiraz mehvərlərindən olubdur.

 

Teqlər