Rusiyada yanğın qurbanlarının sayı artıb
Mart 26, 2018 04:50 Asia/Baku
Rusiyanın sibir bölgəsində baş verən yanğın nəticəsində həlak olanların sayı 37 nəfərə çatıb.
İRNA-nın məlumatına görə, Rusiyanın NTV telakanalı bildirib ki, Sibirdə bir əyləncə-ticarət mərkəzində baş verən yanğın nəticəsində 37 nəfər həlak olub.
Rusiyanın ikinci telekanalı da dünən gecə bildirib ki, Sibirdə yerləşən Kemirovo şəhərində bir ticarət mərkəzində baş verən yanğın artıq söndürülüb.
Bu məlumata görə ticarət mərkəzinin dördüncü mərtəbəsinin 1200 kvadrat metrlik tavanı uçub.
Riyavonovsti xəbər agentliyi isə hadisə nəticəsində 40 uşaq da daxil 69 nəfərin itkin düşməsindən xəbər verib.
Yanğının səbəbəbi hələlik bəlli deyil və hadisə barədə araşdırma gedir.
Teqlər