Tramp silahlı insidentlərə qarşı aksiyalara susur
ABŞ prezidenti Vaşinqtonda keçirilən silahlı insidentlərə qarşı geniş yürüşlərə münasibət bildirmir və bu etirazlara qarşı susub.
CNN telekanalının verdiyi məlumata görə, ABŞ-da silahlı insidentlərə qarşı geniş aksiyalar keçirilərkən ABŞ prezidenti Vaşinqtonda olmayıb və özünün Floridadakı iqamətgahına gedib.
Donald Tramp Ağ ev yaxınlığında keçirilən aksiyaya qarşı susub.
Əlbəttə Ağ ev bir qısa bəyanat yayaraq ABŞ prezidentinin silah alışı zamanı müştərinin cinayət baxımından keçmişinin dəqiq araşdırılması ideyasına dəstək verdiyini bildirib.
Amerikanın milli silah cəmiyyəti də bu ölkədə silahlı insidentə qarşı etirazları təbliğat fürsəti adlandırıb. Bu cəmiyyət bildirib ki, Hollivud başçıları və silaha nifrət edən milyarderlər uşaqları aldadaraq onlardan su-istifadə ediblər.
Çikaqoda hava kəskin soyuq olsa da minlərlə adam silahlı insidentlərə qarşı ümumölkə aksiyalarına qatılıb.
Çikaqo əhalisinin bu aksiyalarda iştirak etmək üçün tutarlı dəlilləri var. Çikaqo Amerikanın digər iri şəhərləri ilə müqayisədə silahlı insidentlərin mənfi nəticələrindən ən çox əziyyət çəkən şəhərdir. Ötən il bu şəhərdə odlu silahdan açılan atəş nəticəsində 650 nəfər həlak olub. 3500 nəfər odlu silahla hədəfə alınıb və daha öncəki ildə bu rəqəmlər daha böyük olub. Çikaqoda silah qanunları çox sərt olsa da bu şəhərdə silahlı zorakılıq halları böyük bir problemə çevrilib. Ona görə ki, ətraf şıtatlarda silah qanunları sərt deyil və insanlar bu şəhərə silahlı gəlirlər.
Etiraz aksiyasının bir çox iştirakçıları silahlı insidentlərin qurbanlarının şəkillərini daşıyırlar, ona görə ki, Çikaqonun bir çox küçələrində ən azından bir nəfərin silahlı hücuma məruz qalmış olduğu adam tapmaq mümkündür.
Amerikanın hər bir yerində son nəsilin Amerikada silah daşıma qanunlarının səhlənkar olduğuna qarşı ən genişmiqyaslı etiraz aksiyası reallaşdı. Bu yürüşlərdə yüz minlərlə amerikalı gənc odlu silahlarla əlaqədar qanunların dəyişdirilməsi və daha da sərtləşməsini tələb edərək öz təşəbbüslərini inqilab adlandırdılar.