Lavrov: Rusiya qərbin həyasızlığını cavabsız qoymayacaq
Rusiya xarici işlər naziri deyib: Moskva qərb ölkələrinin həyasızlığını cavabsız qoymayacaq və rus diplomatların qovulmasına reaksiya verəcək.
İRNA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib: Bəzi ölkələrin rus diplomatların qovulmasına görə üzr istədikləri vaxt, bu məsələnin ABŞ-ın güclü təzyiqi nəticəsində olduğunu göstərir. Çünki beynəlxalq arenada ABŞ-ın əsas vasitəsi təzyiqdir.
Rusiya xarici işlər naziri bildirib: Rus diplomatların bir qrup ölkədən çıxarılması qlobal səviyyədə müstəqil oyunçuların sayının azaldığını göstərir.
Lavrov həmçinin Britaniya baş naziri Tereza Meyin Skripalın zəhərlənməsi məsələsi haqdakı açıqlamasına toxunaraq deyib: Tereza Mey bu açıqlama ilə Britaniyanın ədliyyə sisteminə hörmətsizlik edir.
Avropa Birliyinə üzv 14 ölkə ABŞ, Kanada və Ukrayna ilə birlikdə sabiq rus casusu Sergey Skripalın Britaniyada zəhərlənməsi haqda Londona dəstək üzrə rus diplomatlarını öz ölkələrindən çıxarıb.
Sergey Skripal və qızı 4 martda Britaniyada zəhərləniblər. Londonun iddiasına görə, onlar hərbi kimyəvi maddə ilə zəhərlənib. Britaniya Rusiyanın bu hərəkətdə məsuliyyət daşıdığını bildirir. Moskva isə bu məsələni rədd edir.