Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i300388-rusiya_sərhədlərində_kəşfiyyat_uçuşlarının_sayı_artıb
Rusiya Müdafiə Nazirliyi bu ölkə sərhədləri yaxınlığında kəşfiyyat uçuşlarının sayının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2018 05:58 Asia/Baku
  • Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının sayı artıb
    Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının sayı artıb

Rusiya Müdafiə Nazirliyi bu ölkə sərhədləri yaxınlığında kəşfiyyat uçuşlarının sayının artmasından xəbər verib.

Rusiya Müdafiə Nazirliyinin mətbu orqanı Krosnaya Zvezda qəzetinin məlumatına görə, Müdafiə Nazirliyinin rəsmiləri şənbə günü bildiriblər: Rusiya ilə qərbin qarşıdurmasının kəskinləşməsi ilə əcnəbi kəşfiyyat təyyarələrinin bu ölkə sərhədləri yaxınlığında uçuşlarının sayı artmışdır. 

Rusiya Müdafiə Nazirliyi rəsmilərinin məlumatına görə, ötən bir həftədə Rusiya sərhədlərində 23 xarici təyyarə uçuş edib. Halbuki ötən həftə 16 uçuş qeydə alınmışdı. 

Rusiya Müdafiə Nazirliyi rəsmiləri həmçinin bildiriblər ki, ötən həftə 6 dəfə Rusiya təyyarələri xarici təyyarələrin izlənməsi üçün havaya qalxıb və bu ölkənin hava zolağının pozulmasına mane olublar.