Braziliyada siyasi qalmaqala son; Da Silva təslim oldu
https://azeri.sahartv.ir/news/dünya-i301200-braziliyada_siyasi_qalmaqala_son_da_silva_təslim_oldu
Ötən günlərdə həbsdən boyun qaçıran və tərəfdarlarını aksiyaya çağıran Braziliyanın sabiq prezidenti Luis İnasio Lula Da Silva şənbə gecə nəhayət polisə təslim olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2018 09:34 Asia/Baku
  • Braziliyada siyasi qalmaqala son; Da Silva təslim oldu

Ötən günlərdə həbsdən boyun qaçıran və tərəfdarlarını aksiyaya çağıran Braziliyanın sabiq prezidenti Luis İnasio Lula Da Silva şənbə gecə nəhayət polisə təslim olub.

İRNA-nın məlumatına görə, Da Silva ötən günlərdə yüzlərlə tərəfdarının dəstəyi ilə Sao Paulo şəhərində Fəhlə Birliyinin qərargahına sığınmış və polisə təslim olmaqdan çəkinmişdi.

72 yaşlı Da Silva 2017-ci ilin yayında korrupsiya ittihamı ilə 10 il həbsə məhkum olundu. Yanvar ayında Apelyasiya Məhkəməsi həbs müddətini 12 il bir ay müddətinə uzatdı. Lula Da Silva indiyədək bu ittihamları rədd edib.