Apr 12, 2018 16:37 Asia/Baku
  • Vaşinqtonda irqçilik və sosial ədalətsizliyə qarşı aksiya keçirilib

31 yaşlı qaradərili Terens Sterlinqin 2016-cı ildə polis tərəfindən qətlə yetirilməsinin ildönümü günü münasibəti ilə dünən Vaşinqtonda, qətlin törədildiyi məkanda etiraz aksiyası keçirilib.

İRİB-nin verdiyi məlumata görə, aksiya iştirakçıları əllərində üzərinə "Terens üçün ədalətin təmin edilmədiyi zamana kimi biz sakitləşməyəcəyik", "Sterlinq üçün ədalət", "Biz Terens Sterlinqin ailəsinin kənarındayıq", "Polis zorakılığına nifrət edirik" və "Polis terroruna son qoyulsun" şüarları yazılmış plakatlar tutublar.

Qaradərili gənc Terens Sterlinqi qətlə yetirmiş polis zabiti öz vəzifəsində saxlanılmaq şərti ilə dövlət hesabına məzuniyyətə göndərilib.

Vaşinqton Post qəzetinin yazdığına görə, ABŞ polisi 2017-ci ildə 987 nəfəri güllələyərək, qətlə  yetirib. Polis tərəfindən qətlə yetirilənlər əsasən qaradərililərdir.

Teqlər