Rusiya Suriyaya qarşı təhdidin nəticələri barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i301828-rusiya_suriyaya_qarşı_təhdidin_nəticələri_barədə_xəbərdarlıq_edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, dünya ciddi surətdə Suriyaya qarşı təhdidin nəticələri barədə fikirləşməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2018 12:29 Asia/Baku
  • Rusiya Suriyaya qarşı təhdidin nəticələri barədə xəbərdarlıq edib
    Rusiya Suriyaya qarşı təhdidin nəticələri barədə xəbərdarlıq edib

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, dünya ciddi surətdə Suriyaya qarşı təhdidin nəticələri barədə fikirləşməlidir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında deyib ki, dünya ciddi surətdə Suriyaya qarşı təhdidin nəticələri barədə fikirləşməlidir.

O, əlavə edib: İŞİD Vaşinqtonun İraqa qarşı gücdən istifadə üzrə qanunsuz siyasətlərinin nəticəsidir.

Zaxarova deyib: Suriyada iddia olunan kimyəvi hücum barədə yayılan məlumatların əksər hissəsi "ağpapaqlılar" qrupuna aiddir.

Zaxarova deyib: Suriyadakı silahlı qrupların hazırladıqları saxta təsvirlər barədə video-çarxlara malikik. Rus həkmilər və ekspertlər kimyəvi hücuma məruz qaldığı iddia olunan məkandan baxış keçirib və bu barədə heç bir nişanə əldə etməyiblər. Qərb Şərqi Qutəyə qarşı iddia olunan kimyəvi hücumla bağlı saxta nümayişlər barədə bizim real təhlilimizi dinləmək istəmir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Sionist rejimin Suriyadakı Tifur hava limanına qarşı hava hücumu İŞİD terrorçularının bu məntəqədəki hərəkətləri ilə bir zamanda baş veribdir.