Putin: Rusiyanın hədəfi, ayı və Marsı tutmaqdır
-
Putin: Rusiyanın hədəfi, ayı və Marsı tutmaqdır
Rusiya prezidenti ayı fəth etmək və yerin bu peykinə yüklərin daşınması üçün superağır kosmik raketin düzəldilməsi planının gündəmə gətirildiyini bildirib.
İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Moskvadakı VDNX sərgi kompleksində yerləşən modernləşdirilmiş Rusiya astronavtika muzeyindən baxış keçirərkən deyib ki, kosmik proqramların inkişaf etdirilməsi Rusiyanın prioriteti sayılır.
Rusiya prezidenti artıq uzaq kosmosa uçuş üçün nəzərdə tutulan superağır kosmik raketin düzəldilməsini sifariş verdiyini və uçuşların öncə yer kürəsinin orbitində olacağını bildirib.
Putinin sözlərinə görə, superağır raket yükləri aya daşıyacaq ki, orada kosmik stansiya təsis edilmiş olsun.
Rusiya prezidenti vurğulayıb ki, astronavtların aya uçuşları üçün də xüsusi kosmik raket düzəldiləcək və gələcəkdə Marsda tədqiqat proqramına da diqqət yetiriləcəkdir.
Rusiya Federal Kosmik Agentliyi dövlət orqanı olaraq, bu ölkənin kosmik tədqiqat və proqramlaşdırmaları vəzifəsinə malikdir.
Rusiya Federal Kosmik Agentliyinin proqramlarının prioriteti, Anqara raketinin inkişaf etdirilməsi, həmçinin yeni donanma əlaqələri və kosmik raketlərin yerdən istiqamətləndirməsidir.
Kosmik raketin düzəldilməsi və beynəlxalq süni peyk donanması sisteminin təchiz olunması da Rusiya Federal Kosmik Agentliyinin digər prioritetlərindəndir.
Rusiya öz kosmik büdcəsinin əlli faizini insanın yerin orbitində iştirakının qorunması üçün xərcləyir.