Apr 23, 2018 19:12 Asia/Baku
  • Putin və Makron nüvə anlaşmasına sadiq qalmağı vurğulayıblar
    Putin və Makron nüvə anlaşmasına sadiq qalmağı vurğulayıblar

Rusiya və Fransa prezidentləri telefon söhbətində İranın nüvə proqramı haqda anlaşmanın qorunmasının vacibliyi üzrə razılığa gəliblər.

İRNA-nın Kreml sarayına istinadla verdiyi məlumata görə, Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron bu telefon söhbətində Əhatəli Müştərək Təşəbbüs Proqramını qlobal təhlükəsizliyə zəmanətdə önəmli amil adlandırıblar. 

Fransa prezidenti bu həftə ABŞ-a səfərində İranla nüvə anlaşmasını məchul vəziyyətlə üzləşdirən Donald Trampla danışıqlar aparmalıdır. 

Putin bu telefon söhbətində həmçinin bildirib: ABŞ, Fransa və Britaniyanın Suriyaya raket hücumu beynəlxalq hüququnu ən pis formada pozulması idi. Belə ki, Suriyada böhranın həlli üzrə siyasi prosesin daha da mürəkkəbləşməsi ilə nəticələndi. 

Rusiya prezidenti hazırda Suriyada olan Kimyəvi Silahlara Qadağa Təşkilatının müfəttişlərinin araşdırmaları davam etdirməsinin vacibliyini vurğulayıb və Fransanı Soçidə Suriya Milli Konqresinin nəticələrini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən Suriya sülh müzakirələrinin yenidən başlanması məqsədilə birgə səylərin davam etdirilməsinə çağırıb. 

Putin həmçinin Suriya sülh müzakirələri ilə bağlı Astana prosesində Rusiya, İran və Türkiyənin atdıqları addımları, həmçinin Suriyada insan vəziyyətinin yaxşılaşması haqda danışıb. 

Teqlər