Apr 27, 2018 09:07 Asia/Baku
  • Cənubi Koreya və Şimali Koreya liderlərinin görüşü
    Cənubi Koreya və Şimali Koreya liderlərinin görüşü

Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn iki Koreyanın qeyri-hərbi bölgəsində görüşüblər.

BBC televiziyasının məlumatına görə, Şimali Koreya lideri Kim Çen In iki Koreya arasındakı sərhəd zolağından keçib və Cənubi Koreya ərazisinə ayaq basan ilk Şİmali Koreya lideri olub. 

İki Koreyanın liderlərinin görüşü və müzakirələri Pancumim kəndində qeyri-hərbi ərazidə keçirilib. 

Cənubi Koreya prezidenti Mun Çje İn cümə günü iki Koreya liderinin iclasının başlanğıcında Şimali Koreya lideri Kim Çen Ina bildirib: Sədaqətli müzakirələrimizin olacağını və cəsarətli razılaşmaları əldə edəcəyimizə ümid edirəm. Belə ki, onu Koreya xalqı və sülhüvər insanlara təqdim edək. 

Cənubi Koreya prezidenti Mun Çje İn bu görüşdə Şimali Koreya lideri Kim Çen Ina deyib: İki koreya arasında sərhəd xətti hazırda sülh simvoluna çevrilib. 

Şimali Koreya lideri Kim Çen In da bu görüşdə deyib: İki ölkə liderlərinin bir çox görüşlər keçirməsi yaxşıdır. Sülh dövrü başlanıb. Bir çox məsələləri həll etmək ardıncayıq. 

Teqlər