Zaxarova: Qərbin Suriya hökumətini Brüssel iclasına dəvət etməməsi yanlış idi
https://azeri.sahartv.ir/news/dünya-i304452-zaxarova_qərbin_suriya_hökumətini_brüssel_iclasına_dəvət_etməməsi_yanlış_idi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qərb ölkələrinin Suriya hökumətinin nümayəndələrinin Brüsseldə Suriyaya yardım konfransına dəvət etməkdən çəkinmələrini yanlış hesab edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2018 08:04 Asia/Baku
  • Zaxarova: Qərbin Suriya hökumətini Brüssel iclasına dəvət etməməsi yanlış idi
    Zaxarova: Qərbin Suriya hökumətini Brüssel iclasına dəvət etməməsi yanlış idi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qərb ölkələrinin Suriya hökumətinin nümayəndələrinin Brüsseldə Suriyaya yardım konfransına dəvət etməkdən çəkinmələrini yanlış hesab edib.

İRNA-nın məlumatına görə, Mariya Zaxarova cümə axşamı günü Moskvada mətbuat konfransında hər bir ölkə və ya xalqa köməyin olunmasında o ölkə və xalqla birbaşa əməkdaşlıq etməyin vacib olduğunu bəyan edərək deyib: Suriya hökumətinin bu məsələdə iştirak etməsini istəməyənlərin kimə kömək etmələri aydın deyil. 

Rusiya XİN sözçüsü əlavə edib: Suriya nümayəndələri olaraq Suriyanın qeyri-hökumət təşkilatları nümayəndələrinin Brüssel konfransında dəvət olunması məntiqə arxalanmır. Çünki bu təşkilatların əksəriyyəti Suriyadan kənardadır. 

Suriya haqda 2-ci Brüssel konfransı 25 apreldə öz işinə yekun vurdu. ABŞ suriyalı didərginlərə dəstək üzrə maliyyə yardımı ayırmadı. Suriya hökumət nümayəndələrinin iştirak etmədiyi konfransda bu konfransın siyasi çəkisi də şübhələrlə dolu oldu. 

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin başqa bir hissəsində ABŞ-ın Sietl şəhərində amerikalı təhlükəsizlik məmurlarının Rusiya baş konsuluğunun iqamətgahına nüfuz etməsini beynəlxalq qanunların pozulması adlandırıb. 

Mariya Zaxarova Ermənistanın hazırkı böhranı haqda da deyib: Ermənistanda kimin baş nazir olacağı haqda qərar bu ölkə daxilində və ictimai razılaşmaya əsasən verilməlidir. 

Rusiya XİN sözçüsü xatırladıb: Ermənistan və Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsi sadəcə sülh yolları ilə həll olunmalıdır.