ABŞ senatları Türkiyəyə F 35 qırıcı təyyarəsinin verilməsini istəmirlər
-
ABŞ senatları Türkiyəyə F 35 qırıcı təyyarəsinin verilməsini istəmirlər
Üç amerikalı senator bir layihə təqdim edərək F 35 qırıcı təyyarələrinin Türkiyəyə verilməsinin qadağan edilməsini istəyib.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, bu layihə senatorlar Ceyms Lankford, Tom Tillis və Cin Şahin tərəfindən irəli sürülüb.
Senatorlar bəyanatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qanunun hakimiyyətinə hörmətsizlikdə suçlayıblar.
Bu bəyanatda bildirilir: Həssas F 35 qırıcı təyyarəsi texnologiyası və onun xüsusi imkanlarının Türkiyəyə verilməsi həddindən artıq təhlükəlidir.
Türkiyə yüzdən çox F 35 qırıcı təyyarəsi satın almaq niyyətindədir. Bu üç senatorun layihəsinə əsasən bu təyyarələrin saxlanılması sahəsində texniki məlumatlar və yaxud mənəvi mülkiyyət məhdudlaşdırılmalıdır.
ABŞ prezidenti müəyyənləşdirdiyi halda, bu sahədə məhdudiyyətləri ləğv edə bilər. Ankara və Vaşinqtonun münasibətləri ABŞ-ın Suriya kürdlərini dəstəklədiyinə görə gərginləşib.