İki Koreya lideri arasında tarixi görüş
Cənubi Koreya və Şimali Koreya liderləri Koreya yarımadasında müharibəyə son qoymaq məqsədilə bu gün səhər üçüncü dəfə olaraq Sülh kəndi kimi məşhurlaşan iki Koreya arasında qeyri-hərbi bölgədə görüşüblər.
İki ölkə başçılarının görüşü ilk öncə Cənubi Koreya torpağında, sonra isə şimal qonşunun torpağında baş tutub. Belə ki, bütün prosedurlar bərabər olsun.
Siyasi ekspert Yu Yonq Kuan deyib: Bu görüş iki Koreya arasında münasibətlərin normallaşdırılması üçün dönüş nöqtəsidir və Koreya yarımadasında davamlı sülh üçün yolu açacaqdır.
Kim Çen In qarşılanma mərasimindən sonra Cənubi Koreyanın xatirə dəftərini imzalayıb və imzalama zamanı bu görüşün sülhün başladıcısı əsri olacağına ümid edərək yazıb:
Şimali Koreya lideri Kim Çen In yazıb: İki ölkənin əlaqələr tarixində yeni səhifə açıldı. Bu, yeni bir əsrin və tarixin başlanmasında dönüş nöqtəsidir.
Sonra iki ölkə başçısı öz rəsmi görüşlərini həyata keçirdi. Şimali Koreya lideri bu görüşdə deyib: Liderlərin iclasında cari məsələlər və problemlər haqda şəffaf müzakirələr keçirmək niyyətindəyik və müzakirələrin nəticələrinin konstruktiv olacağına ümid edirəm.
Cənubi Koreya prezidenti də bu görüşdə bildirib: Bu görüşün ayrılıq deyil, sülh simvoluna çevriləcəyinə ümid edirəm.
Ekspertlərin qənaətincə, bu görüş elə bir halda keçirilir ki, Pxenyan raket və nüvə silahlarının daha modern mərhələlərini əldə edib. Belə ki, bu vasitə ilə müzakirələrdə əsas oyunçuya çevrilsin və öz sözünü yeridə bilsin.