Rusiya dünyanın ilk üzən AES-ni suya buraxdı
https://azeri.sahartv.ir/news/dünya-i304788-rusiya_dünyanın_ilk_üzən_aes_ni_suya_buraxdı
Rusiya elektrik və şirin su istehsalı məqsədli dünyanın ilk səyyar Atom Elektrik Stansiyası gəmisini suya buraxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 14:43 Asia/Baku
  • Rusiya dünyanın ilk üzən AES-ni suya buraxdı

Rusiya elektrik və şirin su istehsalı məqsədli dünyanın ilk səyyar Atom Elektrik Stansiyası gəmisini suya buraxıb.

İRNA-nın məlumatına görə, bazar günü istifadəyə verilən Rusiyanın üzən AES-i Akademik Lomonosov adlanır və Sankt-Peterburq Baltik Gəmiqayırma Zavodunda istehsal olunub. 

150 metr uzunluğu olan Akademik Lomonosov üzən AES-i 70 meqabatlıq elektrik istehsal  edə bilən reaktorla təchiz olunub və 100 minlik əhalisi olan şəhərlərin ehtiyacını təmin edə bilir. 

Bu layihənin icrasına 2008-ci ildə üzmək xüsusiyyəti ilə başlanıb. Rusiya rəsmilərinin dediyinə görə bu AES hər bir bölgəyə aparıla bilər. 

Rusiyanın üzən AES-i uzaq və keçilməz yolları olan bölgələr üçün çox yararlıdır və ondan Rusiyanın şimal bögələri və uzaq şərqdə istifadə etmək mümkündür. 

Üzən AES-in reaktorlarının dəyişdirilməsi hər 36 ayda bir dəfə həyata keçirilir, 70 nəfərlik ekipaj heyəti vardır, ömrü 35-40 ildir və 240 min kubmetrdən çox içməli su istehsal edə bilər. 

Bu AES Rusiyanın şimal-qərbində Murmansk limanına göndərilməli və oradan şimal-şərq bölgəsində yerləşən Çukotkanın elektrik ehtiyacı təmin olunmalıdır. 

Üzən AES-in istehsalına 21 milyard Rus rublu (təxminən 300 milyon dollar) xərclənib. 5 milyard rubl da (təxminən 83 milyon dollar) sahil obyektinin inşası üçün sərf olunub.