Putin Netanyahuya: Nüvə sazişi qorunmalıdır
Kreml sarayı çərşənbə axşamı günü Rusiya prezidenti Vladimir Putinin sionist rejim baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində İran və 5+1 qrupu arasında nüvə sazişi haqda danışıqlar apardığını bildirib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Putin bu telefon söhbətində Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmalı olduğunu vurğulayaraq deyib: Bu beynəlxalq saziş dünyanın stabilliyini qorumaq üçün lazımdır.
Bu telefon söhbəti Netanyahunun İran İslam Respublikası əleyhinə yeni təbliğat şousundan sonra baş tutub.
Sionist rejim baş naziri bazar ertəsi gecə televiziya kamerası qarşısında bir neçə şəkil, kompakt disk və kağızı göstərdi və iddia etdi ki, İranın atom silahı istehsalı üçün gizli proqramı vardır.
Netanyahunun bu iddiası amerikalıların İranın nüvə fəaliyyətləri adı altında öncələr irəli sürdükləri iddialardır. Halbuki həmin iddialar nüvə sazişində AEBA tərəfindən yığışdırıldı.
Netanyahunun iddiası ABŞ dövlət katibi Mayk Pompeonun işğal olunmuş Fələstinə səfərindən dərhal sonra irəli sürülüb, Trampın əliboş olduğunu və nüvə anlaşmasından çıxmaq üçün bəhanəyə ehtiyaclı olduğunu göstərir.
Netanyahu 6 il öncə BMT-də bir rəsm əsərini göstərərək iddia etmişdi ki, İran nüvə silahını əldə etməklə bağlı qırmızı xəttə çatmaqdadır.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bazar ertəsi gecə bu təbliğat şousuna reaksiyada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyədək İranın nüvə sazişinə sadiq qalmasına dair 10 hesabatı təsdiqlədiyini bildirərək deyib: Netanyahu İranın Əhatəli Müştərək Təşəbbüs Proqramını pozmasını göstərəcək heç bir fakt təqdim etməyib.
Tramp həmişə nüvə sazişinin digər tərəflərinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli saziş adlandırıb və onun ləğv edilməsini istəyir. Netanyahu da Trampı dəstəkləyir. Lakin dünya ABŞ prezidentinin bu düşmənçi hərəkətinə qarşıdır.