Rusiya: ƏMTP-dən çıxmaq Amerikanı etibarsızlaşdırdı
https://azeri.sahartv.ir/news/dünya-i306472-rusiya_Əmtp_dən_çıxmaq_amerikanı_etibarsızlaşdırdı
Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi bildirib ki, Amerika İranla nüvə sazişindən çıxmaqla özünü etibarsızlaşdırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2018 04:43 Asia/Baku
  • Rusiya: ƏMTP-dən çıxmaq Amerikanı etibarsızlaşdırdı
    Rusiya: ƏMTP-dən çıxmaq Amerikanı etibarsızlaşdırdı

Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi bildirib ki, Amerika İranla nüvə sazişindən çıxmaqla özünü etibarsızlaşdırdı.

Almaniya telekanalının verdiyi məlumata görə, Rusiyanın AB-dəki nümayəndəsi Vladimir Çijov deyib: Amerikanın nüvə sazişindən çıxması bu ölkə üçün tarixi və ölümcül səhvdir. 

Rusiyanın AB-dəki nümayəndəsi deyib: Amerika dövlətinin bu qərarı beynəlxalq öhdəliklərə arxa çevirməkdir və Amerikanın etibarsızlaşmasına səbəb oldu. 

Vladimir Çijov deyib: Heç şübhəsiz ki, Rusiya Çin və Avropa ölkələri ilə birlikdə Əhatəli Müştərək Təşəbbüs Proqramının mühafizə və davam etdirilməsi uğrunda bütün səylərini həyata keçirəcək. 

Vladimir Çijov deyib: Avropa ilə intensiv təmaslarda ƏMTP-nin qorunub-saxlanılması və davam etdirilməsinin müxtəlif yolları araşdırılır. 

ABŞ prezidenti Donald Tramp dünən bu ölkənin nüvə sazişindən çıxmasına dair fərman verdi. 

Amerikanın ƏMTP-dən çıxmasına rəğmən indiyədək müxtəlif ölkələr bu beynəlxalq razılaşmanı dəstəkləyiblər.