İndoneziyada çıxan toqquşmalarda 6 nəfər həlak olub
May 10, 2018 14:22 Asia/Baku
İndoneziyada bir zindanda İŞİD terrorçuları və polis əməkdaşları arasında çıxan toqquşmada 6 nəfər həlak olub.
İRNA-nın verdiyi məlumata görə, İndoneziya polisinin sözçüsü paytaxt Cakarta yaxınlığındakı zindanda toqquşmaların hələ də davam etdiyini bildirib və deyib: Bu toqquşmalarda indiyə kimi 5 polis əməkdaşı və bir terrorçu həlak olub.
İndoneziya polisi zindanda sabitlik və sakitliyin bərqərar edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyini də bildirib.
İndoneziya ötən il İŞİD terror qruplaşmasına bağlı terrorçuların artan hücumlarının şahidi olub. Terror hücumlarının artması ilə İndoneziya polisi həssas məkanlarda patrul xidmətini gücləndirib.