Nigeriya İslam Hərəkatının rəhbəri məhkəmə qarşısına çıxarıldı
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki çərşənbə axşamı məhkəmə qarşısına çıxarılıb.
İRİB-nin verdiyi məlumata görə, İbrahim Zəkzaki və həyat yoldaşı qətl və qanunsuz aksiya təşkil etmək kimi qondarma ittihamlarla bağlı dindirilmək üçün Kaduna vilayətinin Ali Məhkəməsinə gətiriliblər.
Bu, Nigeriya İslam Hərəkatı rəhbərinin həbs olunduğu zamandan bəri ikinci dəfədir ki, hakim qarşısına çıxarılır.
Nigeriya İslam Hərəkatının rəhbəri bu ölkənin Ali Məhkəməsinin sərbəst buraxılmasına dair qərarına rəğmən hələ də qanunsuz olaraq həbsdə saxlanılır.
Şeyx Zəkzaki 2015-ci ilin dekabrında Nigeriya ordusunun evinə hücum etməsi zamanı ağır şəkildə yaralanmış və həbs olunmuşdu. Bu hücum zamanı Şeyx Zəkzakinin tərəfdarlarından min nəfərə yaxın insan o cümlədən Şeyx Zəkzakinin övladları qətlə yetirilmişdilər.