May 27, 2018 16:41 Asia/Baku
  • Yunanıstanda niqablı şəxslər polisə hücum ediblər

Şənbə günü gecə saatlarında Yunanıstanın paytaxtı Afinada təhlükəsizlik qüvvələri ilə çoxlu sayda üzü niqablı şəxs arasında toqquşma baş verib.

İRNA-nın məlumatına görə, üzü niqablı şəxslər kustar üsulla hazırlanmış partlayıcılar ilə Afina şəhərinin mərkəzində polis və təhlükəsizlik qüvvələrinin toplaşdığı məkana hücum ediblər. 

2 saatdan çox davam edən bu toqquşmada ətrafdakı ticarət obyektlərinə ciddi zərər və ziyanlar dəyib. 

Təhlükəsizlik qüvvələri də gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edərək, hücumçuları şəhərin mərkəzindən uzaqlaşdırmağa çalışıblar. 

Yunanıstan polisi bu niqablı şəxslərin "anarxiyaçılar" olduqlarını bildirib. Onlar qanun hökumətinə qarşı qüvvələr olaraq tanınırlar. 

Teqlər