May 28, 2018 17:18 Asia/Baku
  • Braziliyada tətillər davam edir
    Braziliyada tətillər davam edir

Braziliyada yük maşını sürücüləri yanacaq qiymətinin artmasına etiraz olaraq, səkkizinci gün dalbadal tətil keçiriblər.

Braziliyalı sürücülər səkkizinci gün dalbadal öz tətillərini davam etdiriblər və təqribən bu ölkə boyu heç bir yanacağın və əmtəə malın şose yolu ilə nəqli həyata keçirilmir.

Yük maşınlarının sahibləri az gediş-gəlişli istiqamətlərdə, xüsusən yük maşınlarının yüksüz olduqları zaman heç bir rüsumun ödənilməməsini istəyiblər.

Bütün Braziliya boyu yanacaqdoldurma məntəqələrinin yanacaq çatışmazlığı ilə üzləşdiklərinə görə, bu ölkənin polisi və ordusu böyük şəhərlərdə sərnişin daşınması üzrə avtobuslara, polis avtomobillərinə və təcili yardım maşınlarına yanacaq çatdıran karvanları müşayiət edirlər.

Teqlər