İsrail qırıcılarının Rusiya qırıcıları tərəfindən izlənildiyi təkzib edildi
https://azeri.sahartv.ir/news/dünya-i310098-İsrail_qırıcılarının_rusiya_qırıcıları_tərəfindən_izlənildiyi_təkzib_edildi
Rusiyanın Müdafiə Nazirliyi İsrailin F-16 qırıcısının Rusiyanın Su-34 qırıcıları tərəfindən Livan səmasında izlənilməsi barədə yayılan xəbərləri təkzib etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 15:32 Asia/Baku
  • İsrail qırıcılarının Rusiya qırıcıları tərəfindən izlənildiyi təkzib edildi
    İsrail qırıcılarının Rusiya qırıcıları tərəfindən izlənildiyi təkzib edildi

Rusiyanın Müdafiə Nazirliyi İsrailin F-16 qırıcısının Rusiyanın Su-34 qırıcıları tərəfindən Livan səmasında izlənilməsi barədə yayılan xəbərləri təkzib etdi.

TASS-ın verdiyi məlumata görə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: Rusiyanın Suriyadakı  Su-34 qırıcı-bombardmançı təyyarələri hava hədəflərini izləmək kimi bi missiya daşımır və bu təyyarələr Livan səmasında hansısa əməliyyat həyata keçirmir.

İsraildə çıxan Tayms of İsrail qəzeti ötən gün Rusiya və İsrail arasında, Rusiyanın Suriyadakı hərbi iştirakından dolayı ehtimal olunan hərbi qarşıdurmadan çəkinmək üzrə anlaşmanın olmasına rəğmən, İsrailin iki ədəd F-16 qırıcısı Livan səmasında Rusiyanın Su-34 təyyarəsi tərəfindən izlənildiyini yazıb.