İyun 02, 2018 08:41 Asia/Baku
  • Lavrov: Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlığı dayandırıb
    Lavrov: Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlığı dayandırıb

Rusiya xarici işlər naziri deyib: Rusiya Federasiyası ABŞ-la iki tərəf arasında sülhməramlı nüvə əməkdaşlığı çərçivəsindəki anlaşmanın icrasını dayandırıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü ABŞ-ın sabiq energetika naziri Ernest Munizlə görüşdə deyib: 2013-cü ildə Rusiya və ABŞ dövlətləri arasında dinc nüvə enerjisi sahəsində anlaşma üzrə anlaşma imzalandı. 

Lavrov bildirib: Təəssüflər olsun ki, həmin vaxtdan sonra Rusiyaya aid olmayan səbəblərə görə, dövlətlərarası razılaşmanın icrası çərçivəsində praktiki addımlar dayandırılıb. 

ABŞ-ın sabiq energetika naziri Ernest Muniz də bu görüşdə ümidvarlıq edib ki, ABŞ və Rusiya real addımların atılacağı anlaşmanı yenidən aktivləşdirəcəklər. 

ABŞ və Rusiya arasında münasibətlər hazırda ən gərgin dövrünü yaşayır. Moskvanın 2016-cı il ABŞ prezident seçkiləri prosesindəki müdaxiləsi iddiası bu münasibətlərin daha da korlanmasına gətirib çıxarıb. 

Teqlər