ABŞ "İsrail"in cinayətlərini dəstəkləyir; Fələstinə dəstək qətnaməsinə veto tətbiq olundu
https://azeri.sahartv.ir/news/dünya-i310816-abŞ_İsrail_in_cinayətlərini_dəstəkləyir_fələstinə_dəstək_qətnaməsinə_veto_tətbiq_olundu
Sionist rejimin Fələstin ərazilərindəki cinayətlərinin araşdırılması məqsədini daşıyan Küveytin təklif etdiyi qətnamə ABŞ-ın veto hüququndan istifadə etməsi ilə nəticəyə çatmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2018 04:42 Asia/Baku
  • ABŞ

Sionist rejimin Fələstin ərazilərindəki cinayətlərinin araşdırılması məqsədini daşıyan Küveytin təklif etdiyi qətnamə ABŞ-ın veto hüququndan istifadə etməsi ilə nəticəyə çatmayıb.

BMT Təhlükəsizlik Şurasının 11 üzvü cümə günü Fələstinin vəziyyətinin araşdırılması üzrə bu şuranın iclasında Fələstin xalqına dəstək üzrə Küveytin təklif etdiyi qətnamənin lehinə, dörd ölkə bitərəf, sadəcə bir üzv yəni ABŞ əleyhinə səs verib. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heili Küveytin təklif etdiyi qətnaməyə qarşı çıxaraq iddia edib ki, bu qətnamənin tənzimlənməsində Qəzzə qarşıdurmalarında HƏMAS hərəkatının roluna diqqət yetirilməyib və birtərəfli şəkildə sionist rejimin pislənilməsini istəyir. 

Küveytin BMT-dəki nümayəndəsi Nasir əl-Ətibi də ABŞ-ın Fələstin xalqına dəstək üzrə təklif olunan qətnaməyə qarşı veto hüququndan istifadə etməsindən sonra deyib: Təhlükəsizlik Şurasının öz məsuliyyətlərini yerinə yetirməkdə acizliyi işğal olunmuş Fələstin ərazilərində vəziyyəti daha da böhranlı hala gətirir. 

Nasir əl-Ətibi deyib: Fələstin xalqına dəstək qətnaməsinə veto tətbiq etmək işğalçı rejimin beynəlxalq qaydalardan müstəsna olduğunu göstərdi.