Rusiya Qərbə təslim olmayacaq
https://azeri.sahartv.ir/news/dünya-i311256-rusiya_qərbə_təslim_olmayacaq
Rusiya prezidenti ölkəsinin Amerika və onun müttəfiqləri tərəfindən tətbiq edilmiş sanksiyalar qarşısında təslim olmayacağını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 09:19 Asia/Baku
  • Rusiya Qərbə təslim olmayacaq
    Rusiya Qərbə təslim olmayacaq

Rusiya prezidenti ölkəsinin Amerika və onun müttəfiqləri tərəfindən tətbiq edilmiş sanksiyalar qarşısında təslim olmayacağını vurğulayıb.

Çinin CCTV telekanalının verdiyi məlumata görə, Vladimir Putin bu telekanala müsahibəsində qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları və təzyiqləri barədə deyib: Ümid edirəm qərb ilə müsbət əlaqələrə malik olacağıq amma bu gün Rusiyaya qarşı tətbiq edilmiş sanksiya və məhdudiyyətlərə görə, nə təəccüblənir nə də qorxuruq. Bu təzyiqlər bizi inkişaf eləcə də istiqlaliyyət və suverinliyimizdən qopara bilməyəcək. Mənim mövqeyim bundan ibarətdir ki, Rusiya ya suverin və müstəqil ölkə olmalıdır ya da əks təqdirdə mövcud olmayacaq. Əminəm Rusiya xalqı həmişə olduğu kimi birinci seçimi edir.

Putin deyib: Qərb ölkələri tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyanın inkişafını hədəfə alıb amma sonunda nəticəsiz qalacaq. Amerikanın yolunu gedərək Rusiyaya sankiya tətbiq edən ölkələr sonda Amerika tərəfindən gömrük tarifləri ilə üzləşdilər.