Yaponiyadan ABŞ-a xəbərdarlıq
Tokio bir daha Yaponiya poladı və alüminiumunun idxalatı üzrə gömrük rüsumlarının artırılması haqda ABŞ-a xəbərdarlıq edib.
Yaponiya hökuməti dünən bildirib ki, Amerikanın Yaponiyadan idxal olunan polad və alüminium üzərinə ağır tariflər qoyması tərəflər arasındakı münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər.
Yaponiya hökumətinin sözçüsü Yosixide Suqa deyib ki, ABŞ dünya bazarını dağıtmaqda, mövcud ticarət mexanizmlərini pozmaqda və beynəlxalq ticarət sistemlərini məhv etməkdədir.
Yaponiya hökumətinin sözçüsü əlavə edib: Tokio Ümumdünya Ticarət Təşkilatının qaydalarına əsasən və öz ticarət maraqlarını qorumaq üçün Amerikaya qarşı lazımi addımları atacaqdır.
Donald Tramp hökuməti mart ayında Kanada və Meksika istisna olmaqla bütün ölkələrdən polad və alüminium məhsullarının idxalatı üçün gömrük rüsumlarını müvafiq olaraq, 10 və 25 faiz artırıbdır.