Putin: Amerikanın dünya polisi olmasına icazə verməyəcəyik
İyun 07, 2018 17:38 Asia/Baku
Rusiya prezidenti ABŞ prezidentinin birtərəfli hərəkətlərini dünyada gərginliyin artmasının əsas amili adlandırıb.
Rusiya prezidenti Vladimir Putin bu gün illik sual-cavab iclasında Amerikanın dünyadakı birtərəfli hərəkətləri barədə xəbərdarlıq edərək, deyib ki, Moskva Amerikanın dünyanın iqtisadi polisi olmasına icazə verməyəcək.
Putin əlavə edib: Rus şirkətlərə qarşı təzyiqlər Qərb ölkələrinin iqtisadi siyasətinə etimadı şübhə altına alır.
Rusiya prezidenti ABŞ və Avropanın Moskva əleyhinə ittihamları haqda belə deyib: Qərbin Rusiyaya qarşı ittihamvurma münasibəti yanlış, əsassız və bütün tərəflər üçün ziyanlıdır.
Teqlər