Britaniya Rusiya əleyhinə çevik reaksiya bölməsinin yaradılmasını təklif etdi
İyun 08, 2018 07:20 Asia/Baku
-
Britaniya Rusiya əleyhinə çevik reaksiya bölməsinin yaradılmasını təklif etdi
Britaniya xarici işlər naziri Rusiyanın yanlış hərəkətləri adlandırdığı hərəkətlərlə mübarizə üçün çevik reaksiya bölməsinin təşkil olunması üzrə Londonun G 7-yə təklif etdiyini bildirib.
Röytersin məlumatına görə, Boris Conson deyib: Britaniya baş naziri Tereza Mey G 7 qrupunun iclasında bu ölkələrin rəsmilərinə təklif edəcək ki, Rusiyanın terrorları və kiber hücumları ilə mübarizə aparmaq üçün beynəlxalq çevik reaksiya bölməsi yaradılsın.
Başqa bir məlumata görə, Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin müdafiə nazirləri Rusiya mövzusunda iclas keçirmək niyyətindədirlər.
Teqlər