"G7" qrupu "G6"-ya gedən yolda
Dünyanın 7 inkişafetmiş və sənayeləşmiş ölkəsini özündə birləşdirən G7 qrupunun 44-cü sammiti ərəfəsində üzv ölkələr arasındakı ixtiilaflar və fikir ayrılıqları daha da dərinləşib. Və Trampın zahirdə Rusiyanı da bu qrupa daxil etməklə "G7" qrupunu "G8" qrupuna çevirmək niyyətində olduğunu açıqlamasına baxmayaraq, digər üzv ölkələrin özlərini "G6" qrupuna hazırladığına dair nişanələr var.
İRNA-nın məlumatına görə, dünyanın 7 inkişafetmiş və sənayeləşmiş ölkəsi olan Almaniya, Fransa, İtaliya, Yaponiya, Britaniya, Kanada və Amerikanın yer aldığı "G7" qrupunun dünən Kanadada işə başlayan iki günlük iclası bu gün öz işini başa vuracaq. Bu arada üzv ölkələr arasındakı ixtilaflar və fikir ayrılıqlarının ötən illər ilə müqayisədə daha da dərinləşməsinə və üzvlərin bir-birindən uzaqlaşmasına dair nişanələr daha qabarıq formada müşahidə olunmağa başlayıb. Xüsusilə Trampın birtərəfli qərarları digər üzv ölkələri Amerikadan uzaqlaşmasına, Vaşinqton ilə "G7" ölkələri arasındakı ixtilafların artmasına səbəb olub. İxtilaflar o qədər böyüyüb ki, digər 6 ölkənin ABŞ-ın "G7" qrupundan atılmasına dair qərar çıxartması heç də gözlənilməz hal hesab olunmur.
İxtilaflar o qədər dərinləşib ki, Avropalılar hətta, iclasın başlamasından öncə ABŞ qarşısında vahid Avropa cəbhəsinin yaradılması ideyasını ortaya ataraq, Vaşinqtonun birtərəfli qərarları qarşısında daha qətiyyətli formada müqavimət göstərmək istəyirlər.
Kanadalılar isə bəzi üzv ölkə başçısının o cümlədən ABŞ və Britaniya başçılarının bu iclasdakı iştirakına etiraz olaraq aksiya keçirib, Kuebek küçələrində Amerika və İngiltərənin bayrağını yandırıblar.