Putin Rusiya-ABŞ əlaqələrinin normallaşması üçün şərtini açıqladı
Rusiya prezidenti ABŞ ilə əlaqələrin normallaşması üçün Ağ Evin öz rəftarlarına düzəliş etməli olduğunu deyib.
Rusiya prezidenti Vladimir Putin şənbə günü "Vesti" telekanalına verdiyi müsahibədə "top"un ABŞ-ın "meydançasında" olduğunu deyərək, prezident Donald Tramp ilə görüşü ehtimalı barədə deyib: Öncəki görüşlərdə Tramp ilə iki ölkə əlaqələrinin durumu haqda danışmaq imkanı olmayıb.
Putin həmçinin, Ağ Evin vəziyyətinin Moskva ilə Vaşinqton arasındakı əlaqələrin normallaşmasına mane olduğunu deyib.
Rusiya və ABŞ prezidentləri arasındakı son görüş 2017-ci ildə, Asiya-Okeaniya İqtisadi Əməkdaşlıqları Təşkilatının sammiti çərçivəsində baş tutub.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasındakı görüşün qəti olduğunu deyib.