Malayziya Ərəbistanı daxili işlərinə müdaxilədə ittiham etdi
-
Malayziya rəbistanı daxili işlərinə müdaxilədə ittiham etdi
Malayziyanın baş naziri Ərəbistanı Kualalampurun daxili işlərinə müdaxilədə ittiham etdi.
İRİB-nin verdiyi məlumata görə, Mahatir Məhəmməd cümə axşamı deyib: Ərəbistanın Malayziyanın daxili işlərinə müdaxilə etməsinə dair faktlar var.
Mahatir Məhəmməd Malayziyanın keçmiş baş naziri Nəcib Tun Rəzzaqın Ərəbistandan seçki rəqabətləri zamanı 681 milyon dollar pul almasına dair sözlərinə işarə edərək, deyib: Ərəbistan bu məsələni inkar etməyib və Ər-Riyad Malayziyanın daxili işlərinə müdaxilə edib.
Malayziyanın keçmiş baş naziri Nəcib Tun Rəzzaq "Bir Malayziya İnkişaf Şirkəti" (1MDB) adlı dövlət fondunda korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilir. Ona, çərşənbə günü Malayziyanın Ali Cinayət Məhkəməsində ittihamnaməsi oxunub.
Rəzzaq 9 il Malayziyanın baş naziri olub. Təqirəbn 2 ay öncə seçkilərdə Mahatir Məhəmməd qarşısında məğlub olaraq, iqtidardan kənarlaşıb.