İyul 08, 2018 08:57 Asia/Baku
  • Yaponiyada sel nəticəsində həlak olanların sayı artıb

Yaponiya rəsmiləri ölkənin qərbində güclü leysan yağışları nəticəsində sel və yer sürüşməsi ilə həlak olanların sayının artmaqda olduğunu bildiriblər. Belə ki, bazar günü səhərə qədər həlak olanların sayı 60 nəfəri keçib və bu sayın artması ehtimalı vardır.

İRNA-nın məlumatına görə, Yaponiyada sel və yer sürüşməsi nəticəsində həlak olanların sayı 60 nəfəri keçib və yağmurlu hava şəraitinin üçüncü günü ilə yanaşı yapon xilasedicilər itkin düşənlərin tapılması üçün əməliyyatlarını genişləndiriblər. 

Məlumata görə, Yaponiyanın mərkəzindən cənub-qərbinə qədər 23 min bölgədə 4 milyon 300 min nəfərdən mənzillərini təxliyə etməsi istənilib. 

Yaponiya baş naziri Şinzo Abe də Nazirlər Kabinetinə güclü leysan yağışları nəticəsində dəyən xəsarətlərin artmasının qarşısını almaq üçün yerli rəsmilərlə əməkdaşlıq etməsinə göstəriş verib. 

Ötən gecə Yaponiya paytaxtı Tokionun qərbində Şiba bölgəsində rixtr şkalası üzrə 6 bal gücündə zəlzələ baş verib. 

Teqlər