Rusiya ingilis cütlüyün zəhərlənməsində əlinin olmasını rədd edib
-
Rusiya ingilis cütlüyün zəhərlənməsində əlinin olmasını rədd edib
Rusiya dövləti ingilis cütlüyün "Noviçok" tipli əsəb amili ilə zəhərlənməsi macərasında əlinin olmasını rədd edib.
Kremlin sözçüsü Dmitri Peskov bu gün bildirib ki, Moskvanın "Noviçok" tipli əsəb amili ilə zəhərlənmiş bir ingilis qadının ölümü ilə əlaqəli olması məsələsi gülünc bir ittiham sayılır.
Peskov öz çıxışında son zamanlar Solsberi şəhərinin yaxınlığında "Noviçok" tipli əsəb amilinə məruz qalmış iki İngiltərə vətəndaşının zəhərlənməsinə işarə edibdir.
Solsberi ikitərəfli rus casus Sergey Skripalın və qızının məhz mart ayında zəhərləndikləri şəhərdir.
Bir ingilis cütlüyü şənbə günü Uiltşir şəhərində yerləşən Eymsberi qəsəbəsində əsəb qazı ilə zəhərlənmə əlamətləri ilə tapılmışdı.
İngiltərə polisi bu gün elan edib ki, "Noviçok" adlı əsəb sistemini iflic edən qaz ilə zəhərləndiyinə görə xəstəxanaya köçürülmüş bir qadın xəstəxanada vəfat edibdir.