Rusiya: Amerika saxta rusofobiya ilə məşğuldur
https://azeri.sahartv.ir/news/dünya-i317207-rusiya_amerika_saxta_rusofobiya_ilə_məşğuldur
Kremlin sözçüsü dünən Kreml başçılarını mafiya ilə müqayisə etmiş ABŞ-ın Luiziana ştatından olan respublikaçı senator Con Nili Kennedinin soz sözlərinə reaksiyada bildirib ki, Amerika rəsmiləri saxta rusofobiya ilə məşğuldurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2018 03:52 Asia/Baku
  • Rusiya: Amerika saxta rusofobiya ilə məşğuldur
    Rusiya: Amerika saxta rusofobiya ilə məşğuldur

Kremlin sözçüsü dünən Kreml başçılarını mafiya ilə müqayisə etmiş ABŞ-ın Luiziana ştatından olan respublikaçı senator Con Nili Kennedinin soz sözlərinə reaksiyada bildirib ki, Amerika rəsmiləri saxta rusofobiya ilə məşğuldurlar.

Dmitri Peskov deyib: Kreml başçıları yaxşı bilirlər ki, Amerika hökuməti bu ölkədəki daxili rusofobiyaya söykənən qədim və təkrar təzyiqlərin əsiridir.

Kennedi son zamanlar Assoşieyted-Press ilə müsahibədə vurğulamışdı ki, Rusiya prezidenti Vladimir Putinə etimad etmək olmaz.

Bu amerikalı senator həmçinin iddia etmişdi ki, Rusiyada siyasi fəlsəfə mövcud deyil və bu ölkə hökuməti bir mafiyadır.

ABŞ-Rusiya əlaqələri son dərəcə kəskindir.

Amerika 2014-cü ildə Rusiyanı Ukraynanın şərqindəki döyüşlərdə rol oynamaqda və bu ölkə müxaliflərinə kömək etməkdə ittiham edərək, Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyaları tətbiq edibdir ki, bu da Moskvanın reaksiyası ilə üzləşibdir.

2014-cü ildə keçirilən referendumun nəticələrinə əsasən, Krım yarımadasının Ukraynadan ayrılaraq, Rusiyaya qatılması, həmçinin Moskvanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etməsi iddiası iki ölkə arasındakı gərginliyi ikiqat artırıbdır.