Hafinqton Post: Rusiyadan istifadə edərək, İranı Suriyadan çıxartmaq bir xəyaldır
https://azeri.sahartv.ir/news/dünya-i317618-hafinqton_post_rusiyadan_istifadə_edərək_İranı_suriyadan_çıxartmaq_bir_xəyaldır
Hafinqton Post internet portalı yazır: Rusiya vasitəsilə İranı Suriyadan çıxmağa məcbur etmək bir xəyaldır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 17:06 Asia/Baku
  • Hafinqton Post: Rusiyadan istifadə edərək, İranı Suriyadan çıxartmaq bir xəyaldır
    Hafinqton Post: Rusiyadan istifadə edərək, İranı Suriyadan çıxartmaq bir xəyaldır

Hafinqton Post internet portalı yazır: Rusiya vasitəsilə İranı Suriyadan çıxmağa məcbur etmək bir xəyaldır.

İRNA-nın məlumatına görə, Hafinqton Post yazıb: Amerika və regiondakı ifratçılar xüsusilə İsrailin baş naziri Benyamin Netanyahu Suriyanı Vaşinqton və Moskva arasındakı əməkdaşlıqlar üçün sınaq meydanına çevirmək istəyirlər. 

Hafinqton Postun yazdığına görə, Vaşinqton və Təl-Əvivdəki ifratçılar elə düşünürlər ki, Tramp Putini Suriyanı ABŞ-ın müttəfiqləri sayılan İsrail və Ərəbistan üçün başlıca təhdid hesab olunan İranın hərbi iştirakından təmizləməyə razı sala biləcək. 

Hafinqton Post əlavə edir: Belə bir anlaşmanın əldə olunması ehtimalı çox zəifdir. ABŞ və Rusiya prezidentlərinin Helsinki görüşündə Tramp və komandası ABŞ-ın Suriyadakı hərbi iştirakında maraqlı olmadıqları üçün Rusiyanın istənilən təklifini qəbul etməyə hazırdırlar.