Cənubi Koreyanın bir ədəd hərbi helikopteri süqut edib
https://azeri.sahartv.ir/news/dünya-i317731-cənubi_koreyanın_bir_ədəd_hərbi_helikopteri_süqut_edib
Cənubi Koreya ordusu ölkənin cənub-şərqində bir ədəd hərbi helikopterin süqut etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2018 14:51 Asia/Baku
  • Cənubi Koreyanın bir ədəd hərbi helikopteri süqut edib

Cənubi Koreya ordusu ölkənin cənub-şərqində bir ədəd hərbi helikopterin süqut etməsindən xəbər verib.

Röyters-in verdiyi məlumata görə, bu helikopterin süqut etməsi nəticəsində, helikopterdə olan 6 nəfərdən beşi həyatını itirib, bir nəfər isə y aralanıb.

Hadisə Cənubi Koreyanın cənub-şərqində, ABŞ ilə birgə hərbi təlimlərin keçirildiyi məntəqədə yerləşən hərbi bazada baş verib.

Hələ ki, hadisənin səbəblərinə aydınlıq gətirilməyib.

Ötən aprel ayında da Cənubi Koreyanın bir ədəd qırıcı təyyarəsi dağa çırpılmışdı. Bu hadisədə təyyarənin pilotu və köməkçi pilot həyatını itirmişdi.