İyul 18, 2018 20:36 Asia/Baku
  • Yaponiyada isti havalar fəsadlara səbəb olub
    Yaponiyada isti havalar fəsadlara səbəb olub

Yaponiyada tempratorun 38-40 dərəcəyə qalxması nəticəsində minlərlə adam xəstələnərək xəstəxanalara müraciət edib.

Yaponiyanın NHK telekanalının verdiyi məlumata görə, bu ölkənin bəzi bölgələrində havaların həddindən artıq istiləşməsi 15 nəfərin həyatına son qoyub və 15 min insan da isti hava nəticəsində sağlamlığında yaranmış problemlərə görə xəstəxanaya müraciət edib. 

Yaponiyanın hidrometeorologiya təşkilatının rəhbərləri bildiriblər ki, son günlər leysan yağışlar və daşğınların şahidi olmuş bölgələrdə isti havaların fəsadları daha çoxdur. 

Yaponiyada daşğınlarla nəticələnən leysan yağışlar bu günədək 215 nəfərin həyatına son qoyub. 

4500 dən çox adam da Yaponiyanın 15 vilayətində sığınacaqlarda yaşayır. 

Teqlər