Ağ Ev sözçüsü Rusiya əleyhinə mövqe sərgiləyib
https://azeri.sahartv.ir/news/dünya-i317979-ağ_ev_sözçüsü_rusiya_əleyhinə_mövqe_sərgiləyib
Ağ Ev sözçüü deyib: ABŞ prezidenti Donald Trampın qənaətincə, Rusiya ABŞ-ın gələcək prezident seçkilərində müdaxilə edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 12:53 Asia/Baku
  • Ağ Ev sözçüsü Rusiya əleyhinə mövqe sərgiləyib

Ağ Ev sözçüü deyib: ABŞ prezidenti Donald Trampın qənaətincə, Rusiya ABŞ-ın gələcək prezident seçkilərində müdaxilə edəcək.

İRİB-in məlumatına görə, Ağ Ev sözçüsü Sara Sanders çərşənbə jurnalistlərə verdiyi açıqlamada deyib: Rusiya tərəfindən təhdid hələ də öz qüvvəsindədir.

Ağ Ev sözçüsü əlavə edib: ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinə deyib ki, ABŞ seçkiləri ilə işi olmamalıdır.

Bundan öncə, Tramp Finlandiya paytaxtı Helsinki şəhərində Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında Moskvanın ABŞ prezident seçkilərindəki müdaxiləsi haqda bildirmişdi ki, Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərində müdaxilə etməsinə dair heç bir fakt yoxdur.

Trampın bu açıqlaması bir çox ABŞ rəsmisi və siyasətçisi, o cümlədən Respublikaçıların tənqidinə səbəb olub. Bu tənqidlərdən sonra, Donald Tramp deyib: Rusiya 2016-cı il ABŞ prezident seçkilərində müdaxilə edib.

Rusiya prezidenti isə 2016-cı il ABŞ prezident seçkilərində iddia olunan Moskvanın müdaxiləsi haqda araşdırmaları ABŞ-da daxili siyasi mübarizə adlandırıb.

Rusiya prezidenti bazar ertəsi günü Fox Newsla müsahibədə bildirib: Rusiya və ABŞ münasibətləri 2016-cı il Birləşmiş Ştatları prezident seçkilərində Rusiyanın müdaxiləsi ittihamları haqda araşdırmaların təsiri altına düşməməlidir.