İslamofoblar Kanada müsəlmanlarına hücum ediblər
https://azeri.sahartv.ir/news/dünya-i318127-İslamofoblar_kanada_müsəlmanlarına_hücum_ediblər
İki islamofob bir kanadalı müsəlmana hücum edərək, ona işgəncə veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 13:24 Asia/Baku
  • İslamofoblar Kanada müsəlmanlarına hücum ediblər
    İslamofoblar Kanada müsəlmanlarına hücum ediblər

İki islamofob bir kanadalı müsəlmana hücum edərək, ona işgəncə veribdir.

"Middle East I"ın məlumatına görə, Torontonun qərbində yerləşən Misisaqa şəhərində iki nəfər, kanadalı müsəlman vətəndaş Muhəmməd Əbu Mərzuqa qarşı aqressiyadan sonra ona hücum edərək, onu döyübdür. 

Bu müsəlman şəxs həmin hücumdan sonra xəstəxanaya köçürülüb və beyindən aldığı xəsarətə görə, cərrahi əməliyyat olunubdur.

Yerli polis bildirib ki, mənfur bir cinayət kimi bu hücum haqda təhqiqat aparmaqdadır.

Kanadada müsəlmanların hüquqlarına tərəfdar qruplar bu hücuma qarşı hiddətlərini ifadə ediblər. Onlar islamofobiya məsələsinə baxılmasını istəyiblər.

Kanadada islamofob hərəkət və rəftarlar son aylar ərzində son dərəcə artıbdır.