Rusiya "yəhudi ölkəsi" qanunu barədə xəbərdarlıq edib
İyul 24, 2018 16:57 Asia/Baku
-
Rusiya "yəhudi ölkəsi" qanunu barədə xəbərdarlıq edib
Rusiya xarici işlər nazirliyi sionist rejimin parlamenti-knessetdə "yəhudi ölkəsi" qanununun qəbul edilməsi barədə xəbərdarlıq edib.
Rusiya xarici işlər nazirliyi bu gün bir bəyanat yayaraq, sionist rejimin rasist "yəhudi ölkəsi" qanununu qəbul etməsinin Yaxın Şərqdə çəkişmələrin artmasına səbəb olacağını bildirib.
Rusiya xarici işlər nazirliyi vurğulayıb ki, bu qanunun qəbul edilməsi BMT qətnamələrinə ziddir.
Rasist "yəhudi ölkəsi" qanunu son zamanlar sionist rejimin parlamenti-knessetdə qəbul olunub. Bu qanun işğal olunmuş Fələstin ərazilərində ərəb və müsəlmanların aradan götürülmələrinə zəmin yaradır.
Teqlər