İyul 25, 2018 09:38 Asia/Baku
  • Yunanıstanda yanğınlar can almaqda davam edir

Yunanıstanın paytaxtı Afinanın şimal-şərqində yanğından ölənlərin sayı 76-ya çatıb.

İRNA-nın verdiyi məlumata görə, çərşənbə axşamı Afinanın 35 km şərqində yerləşən Mati kəndində çıxan yanğın sürətlə digər məntəqələrə yayılıb. 

Yanğınsöndürənlər hadisə qurbanlarının sayının artacağını istisna etmirlər. Çünki, hələ də yanğına məruz qalmış bir çox evdə axtarışlar aparılmayıb və itkin düşən insanlar var. 

Yunanıstanda çıxan bu misilsiz hadisə nəticəsində indiyə kimi 187 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, xəstəxanalara köçürülüb. Xəsarət alanlardan 25-i uşaqdır. 

Yunanıstan rəsmiləri beynəlxalq yardım çağırışı etməklə yanaşı, bir neçə məntəqədə eyni zamanda yanğının baş verməsinin şübhəli və misilsiz hadisə olduğunu bildiriblər. 

İndiyə kimi Yunanıstanda yanğın nəticəsində 200-dən çox ev və 350-dən çox avtomobil yanıb. 

Teqlər