Britaniyanın Sankt-Peterburqdakı konsulluğu fəaliyyətini dayandırıb
-
Britaniyanın Sankt-Peterburqdakı konsulluğu fəaliyyətini dayandırıb
Britaniyanın Rusiyadakı səfirliyi Sankt-Peterburq şəhərindəki konsulluğun öz fəaliyyətini dayandırmasını rəsmən təsdiqləyib.
TASS İnformasiya Agentliyinin məlumatına görə, Britaniyanın Rusiyadakı səfirliyi çərşənbə günü bir bəyanat yayımlayaraq bildirib: Britaniyanın Sankt-Peterburq şəhərindəki konsulluğu fəaliyyətini dayandırıb və bu məsələ Rusiyanın Salisburi şəhəri ilə əlaqədar hadisələr ardınca addımlar atmasından sonra tətbiq olunub.
Bu məlumata görə, Britaniyanın Sankt-Peterburqdakı konsulluğu iyun ayında öz fəaliyyətinin bir hissəsini dayandırmışdı. Lakin Rusiyada Futbol üzrə Dünya Çempionatının keçirlməsinə görə, hələlik fəaliyyət göstərirdi.
Rusiyanın sabiq ikitərəfli casusu Sergey Skripal 4 martda qızı ilə birlikdə Britaniyanın Salisburi şəhərində zəhərləndi və bir müddət komaya düşdü.
Britaniya hökuməti bu zəhərlənmədə Moskvanın səbəbkar olduğunu bildirdi və bir qrup rus diplomatları həmin iddiaya əsasən ölkədən çıxardı. Londonun bu hərəkəti qərb ölkələrində rus diplomatların ölkədən çıxarılması prosesinə təkan verdi.
Moskva bu ittihamları rədd edib və bu hadisə haqda Londonla birgə araşdırmanın aparılmasını istəyib.