Avq 07, 2018 15:46 Asia/Baku
  • ABŞ-da mühacirlərin həbsinə qarşı aksiya keçirilib
    ABŞ-da mühacirlərin həbsinə qarşı aksiya keçirilib

Amerikada miqrantların ardıcıl surətdə həbs olunmalarına qarşı çıxanlardan bir qrupu Vaşinqton DC meriyasının önündə aksiya keçirib.

Etirazçılar dünən Vaşinqton DC meri Muril Bovserin mühacirlərin Amerika İmmiqrasiya və Gömrük Təşkilatının məmurları tərəfindən ardıcıl surətdə həbs olunmaları qarşısında susmasına etiraz olaraq, onun ofisi önündə aksiya keçiriblər.

Bu aksiyaçılar bir məktubda Muril Bovserdən istəyiblər ki, Vaşinqton DC-də miqrantların həbs olunmaları dalğasına reaksiya versin.

Etirazçılar bu məktubda yazıblar ki, merin sükutundan məyus olublar.

Onların dediklərinə görə, Amerika İmmiqrasiya və Gömrük Təşkilatının məmurları Vaşinqton DC-də daima miqrantlara basqın edirlər və bu, sükutla cavablandırılmamalıdır.

Ötən ay da Kolumbiyada əhali miqrantların həbs olunmaları dalğasına etiraz olaraq, aksiya keçirmişdi.

Teqlər